Icma.az, Yenisabah saytına istinadən bildirir.
Xəbər verdiyimiz kimi, türkiyəli məşhur aparıcı Mehmet Ali Erbil və müğənni Serdar Ortaç saxlanılıb.
“Yeni Sabah” xəbər verir ki, sosial mediada “qanunsuz mərc oynamağı təşviq etmək” maddəsi ilə başladılan istintaq çərçivəsində 20-dən çox şəxs məhkəməyə gətirilib. Mehmet Ali Erbil və Serdar Ortaçın məhkəməyə gətirilməsinin görüntüləri yayılıb.