Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Hotellərin birindəki konserti zamanı türkiyəli müğənni Serdar Ortaç öz vəsiyyətnaməsi barədə danışıb. Aktyor Kadir İnanırın sağlığında əmlakı ilə bağlı verdiyi qərarı nümunə gətirən müğənni, artıq özünün də belə bir rəsmi sənəd tərtib etdiyini vurğulayıb.
Bakıvaxtı.az "Haber Global"a istinadən xəbər verir ki, Serdar Ortaç vəfatından sonra bütün sərvətini ilk növbədə yanında çalışan işçilərinə, eləcə də bir neçə il əvvəl dünyasını dəyişmiş qardaşının övladlarına qoyacağını bildirib.
Bununla yanaşı, Ortaçın hələ 2023-cü ildə səsləndirdiyi fikirləri yenidən gündəmə gəlib. Həmin vaxt pop ulduz övladı olmadığı üçün bütün əmlakını öz əməkdaşlarına miras qoyacağını bildirmişdi. Sənətçinin vəsiyyətlə bağlı bu açıqlamasından sonra onun İstinye bölgəsində yerləşən və İstanbul boğazına mənzərəsi olan villası yenidən müzakirə mövzusuna çevrilib.
Məlumata görə, 2016-cı ildə təxminən 15 milyon lirəyə alınan bu mülk 750 kvadratmetrlik ərazidə yerləşir. Evdə 8 otaq, 4 qonaq otağı və 4 hamam var; daşınmaz əmlak həmçinin terraslara, balkonlara, xüsusi müşahidə kameraları sisteminə və abadlaşdırılmış həyətyanı sahəyə malikdir. Bildirilir ki, alındığı vaxtdan bəri villanın qiyməti təqribən beş dəfə (75 milyon lirə) artıb.
Ortaçın sözlərinə görə, qeyd olunan ev də daxil olmaqla, sahib olduğu digər aktivlər vəsiyyətnamənin şərtlərinə uyğun olaraq vərəsələrə təhvil veriləcək.