Sərdar Ortac xəstəxanaya yerləşdirildi? İddia

07.08.2026

Icma.az, Kulis.az portalına istinadən məlumat yayır.

Türk pop musiqisinin tanınmış siması Sərdar Ortaçın səhhəti ilə bağlı yeni xəbər yayılıb.
Kulis.az xəbər verir ki, sənətçinin qatılmalı olduğu tədbirdə iştirak etməməsi onun xəstəxanaya yerləşdirildiyi iddialarına səbəb olub.
Tədbirdə çıxış edən "Karma6" qrupunun üzvləri müğənninin səhhətindəki kiçik narahatlıq səbəbindən xəstəxanada olduğunu və vəziyyətinin yaxşılaşdığını bildiriblər.
Məsələyə sosial şəbəkə hesabından aydınlıq gətirən Sərdar Ortaç təcili olaraq xəstəxanaya yerləşdirilmədiyini deyib:
"Xəstəxanaya yerləşdirilməmişəm. Müalicəmlə bağlı orada idim. Açılışa da buna görə gedə bilmədim. Heç bir problemim yoxdur".
Qeyd edək ki, uzun illərdir MS (Dağınıq skleroz) xəstəliyindən əziyyət çəkən sənətçi bundan əvvəl də ayaqlarındakı problemə görə bir aya yaxın müalicə aldığını bildirmişdi.

“Qarabağın daş yaddaşı” fotomüsabiqəsi elan olundu "Üzüklərin hökmdarı"nın rejissorundan sərt cavab: "Plan doldurmaq üçün kastinq etməyəcəyik!" “Xalqın səsi, zamanın bayraqdarı”: Xalq şairi Səməd Vurğunun 120 illik yubileyinə daha bir töhfə
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью