Serdar Ortaçdan sevənlərini qorxudan Intihar paylaşımı

14.11.2024

Sonxeber.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Serdar Ortaçdan sevənlərini qorxudan "Intihar" paylaşımı

Uzun illər qumar oynadığına görə borcu olan Serdar Ortaç bir müddət əvvəl qanunsuz mərc oyunları oynadığı üçün saxlanılıb və daha sonra ev dustaqlığına buraxılıb.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, bu hadisədən sonra məşhur sənətçi sosial media hesabında diqqətçəkən paylaşım edib.

Müğənni qumar aludəçisi olanlara məsləhət verib.

"Cəmiyyətə səhv nümunə olmaq olmaz. Mənim etdiyim səhvləri etməyin. Əgər bu vərdişi tərgitməsəniz sonunuz intiharla bitəcək. İçki və siqareti bir gecədə necə tərgitdimsə qumarı da elə tərgitdim. Gözləyək görək sonumuz nə olur", - deyə müğənni paylaşımında bildirib.


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью