Icma.az bildirir, Olay.az saytına əsaslanaraq.
Müğənni Serdar Ortaçla 5 illik evliliyini 2019-cu ildə başa vuran Kloe Louqnan hamilədir.
OLAY yazır ki, Kloe Louqnan 2022-ci ildə memar Ferqus Hennessi ilə münasibətə başlayıb. Hamiləlik görüntülərini paylaşan Kloe Louqnan fotonun altına “İndiyə qədərki ən sevdiyim bölüm” qeydini yazıb.
Xatırladaq ki, Serdar və Kloe cütlüyü fikir ayrılıqlarını əsas gətirərək 2019-cu ildə boşanıb.