Sərdar Ortacın ev dustaqlığı ləğv edildi

26.11.2024

Icma.az bildirir, GlobalInfo portalına istinadən.

Qanunsuz mərc oyunları səbəbilə saxlanılan Türkiyənin məşhur müğənnisi  Sərdar Ortac barəsindəki ev dustaqlığı qərarı ləğv olunub.

Globalinfo.az xəbər verir ki, Serdar Ortaçın ev dustaqlığı və məhkəmə nəzarəti qərarının ləğv edildiyi bildirilib.

Qeyd edək ki, şoumen Mehmet Əli Ərbil də Ortacla birlikdə saxlanılmışdı. Şoumenin ev dustaqlığı hələ də davam edir. Mehmet Əli Ərbilin məhkəməsi dekabrın 30-da baş tutacaq.

Xatırladaq ki, keçən həftələrdə İstanbul Prokurorluğu tərəfindən qanunsuz mərc oynayan şəbəkələrə qarşı əməliyyat başladılıb və bu çərçivədə çox sayda adam saxlanılıb.

Noyabrın 11-də keçirilən əməliyyatda saxlanılan şəxslər arasında Mehmet Ali Erbil və Serdar Ortaç da var.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью