Icma.az, Kulis.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Kulis.az Ömər Xəyyamın “Mükafatlar, konyunktura və sənət” köşəsini təqdim edir.
Şon Beykerin ötən il Kann kinofestivalının əsas mükafatına layiq görülmüş “Anora” filmi, bu il də əsas nominasiyalar üzrə Oskar mükafatını silib-süpürdü.
Film haqqında hələ aylar öncə proqnoz vermişdim, di gəl, məni linç eləmişdilər.
Yazmışdılar ki, bəs sən Beykerə paxıllıq edirsən, bəs “Anora” son illərin ən yaxşı ekran işidir.
Siyasi gündəmin diktəsi, LGBTQ söhbətlərinin calaq olunması… beləcə, sənət cılızlaşır, mahiyyətini dəyişir.
Zamanla ali estetik meyarlar da texnikiləşir, sintetikləşir və hər şey kimi dadını/duzunu itirir.
O şeydə ki sənət məqsəd yox, vasitədir, o şey teyxa zibildir, - fərqi yoxdur, səhnədə ya küçədə.