Şərəfli tarixin təntənəsi

26.10.2026

Newscenter.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.


Azərbaycanın çoxəsrlik dövlətçilik və hərb tarixində 2020-ci ilin payızı qızıl hərflərlə yazılmış müqəddəs bir dövrdür. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun həyata keçirdiyi 44 günlük Vətən Müharibəsi 30 ilə yaxın davam edən torpaq həsrətinə son qoydu. Bu Zəfər yolunun en mühüm strateji və mənəvi zirvələrindən biri 25 Oktyabr – Qubadlı şəhərinin düşmən tapdağından azad edildiyi gündür. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 25 oktyabr tarixinin "Qubadlı Şəhəri Günü" kimi təsis edilməsi qəhrəman əsgər və zabitlərimizin rəşadətinə, habelə Qubadlı camaatının dözümlülüyünə göstərilən ali ehtiramın təzahürüdür.
Qubadlı rayonu 1993-cü il avqustun 31-də mənfur düşmən tərəfindən işğala məruz qalmış, 90-dan çox kəndi, tarixi-mədəni abidələri, təbiəti və infrastrukturu vəhşicəsinə dağıdılmışdır. Lakin 27 illik məcburi köçkünlük dövründə qubadlılılar öz doğma yurdlarına olan inamlarını və sevgilərini bir an belə itirmədilər. 2020-ci ilin oktyabrında başlayan Qubadlı əməliyyatı xüsusi hərbi ustalığı ilə seçilirdi. Sərt dağlıq relyefə, düşmənin illərlə qurduğu mühəndis-istehkam xətlərinə baxmayaraq, Azərbaycanın igid oğulları misilsiz şücaət göstərərək oktyabrın 25-də Qubadlı şəhərini azad etdilər və şanlı üçrəngli bayrağımızı orada ucaltdılar. Qubadlığın azad olunması Zəfər yürüşündə mühüm dönüş nöqtəsi oldu və Laçın, Şuşa istiqamətində irəliləmək üçün geniş imkanlar açdı.
Bu gün azad edilmiş Qubadlı özünün tamamilə yeni inkişaf mərhələsinə qədəm qoyub. "Böyük Qayıdış" proqramı çərçivəsində şəhərdə və ətraf kəndlərdə genişmiqyaslı bərpa və quruculuq işləri aparılır. Şəhərin təsdiq olunmuş Baş Planına əsasən müasir infrastruktur, yaşayış kompleksləri, sosial obyektlər, yol-nəqliyyat şəbəkəsi qurulur, Həkəri və Bərgüşad çaylarının ətrafı ekoloji cəhətdən bərpa edilir. Tezliklə bu cənnət məkan öz doğma sakinlərinə qucaq açacaq. 25 Oktyabr Qubadlı Şəhəri Günü qəhrəmanlıq, zəfər və milli qürurumuzun təntənəsidir. Bu müqəddəs gündə canlarını Vətən uğrunda fəda etmiş bütün şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edirik.
YAP Yevlax rayon təşkilatının fəalı
Ülkər Əliyeva
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью