Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.
Moskvada güclü qar səbəbindən nəqliyyatın hərəkəti iflic olub.
APA-nın Moskva bürosu xəbər verir ki, şəhərdə tıxaclar olub, yollarda çoxlu qəza baş verib.
Rusiya paytaxtının Nəqliyyat Departamenti moskvalıları metroya düşməyə çağırıb.
"Şeremetyevo" hava limanı güclü qar səbəbindən saat 12:00-a qədər bağlanıb.