Serenay Sarıkaya evlilik sualına gülüşlə cavab verdi

20.08.2026

Demokrat.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Türkiyəli məşhur aktrisa Serenay Sarıkaya İstanbulun Bebek səmtində gözəllik salonundan çıxarkən görüntülənib.
Demokrat.az
xəbər verir ki, şən əhval-ruhiyyəsi ilə diqqət çəkən aktrisa jurnalistlərin suallarını “Hər şey gözəldir, çox təşəkkür edirəm” sözləri ilə cavablandırıb.
Müğənni Mert Demirlə iki ildən artıqdır münasibətdə olan Sarıkayadan şəxsi həyatı ilə bağlı da soruşulub. Aktrisa münasibətlərinin necə getdiyi barədə “Hər şey qaydasındadır” deməklə kifayətlənib.
Sarıkaya avtomobilinə minərkən ona ünvanlanan evlilik sualına isə cavab verməyib. Aktrisanın bu sual qarşısında gülümsəməsi jurnalistlərin diqqətindən yayınmayıb.
Jalə
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью