Serenay Sarıkaya və Mert Demir ayrıldı

11.11.2026

Icma.az bildirir, Bizim media saytına əsaslanaraq.

Türkiyəli məşhur aktrisa Serenay Sarıkaya ilə müğənni Mert Demirin münasibətlərinə son qoyduğu iddia olunur. Cütlük bu dəfə dostcasına ayrılmaq qərarı verib.
Bizim.Media haberler.com-a istinadən xəbər verir ki, 2023-cü ilin sonlarında başlayan münasibət boyunca dəfələrlə ayrılıq xəbərləri ilə gündəmə gələn cütlük yollarını ayırıb.
Tərəflərdən heç biri xəbəri təsdiqləyən və ya təkzib edən rəsmi açıqlama verməyib.
Qeyd edək ki, Serenay Sarıkaya və Mert Demir 2024-cü ilin avqust və dekabr aylarında, eləcə də 2025-ci ilin iyununda ayrılıq iddiaları ilə gündəmə gəlmişdilər. 2026-cı ilin sentyabrında isə cütlüyün mübahisədən sonra barışdığı iddia olunmuşdu.
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью