Serenayın yeni layihəsi

02.07.2026

Olay.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Türk istehsalı “Sevdiğim İnsanlar” filminin hazırlıq işləri davam edir.
OLAY yazır ki, noyabr ayında çəkilişlərinə başlanacaq filmdə Serenay Sarıkaya “Azra” obrazını canlandıracaq.

İzmir və ətraf bölgələrdə çəkiləcək filmdə Menderes Samancılar Azranın atasını, Zeynep Tuğçe Bayat isə onun rəfiqəsi “Sibel”i canlandıracaq.

“Sevdiğim İnsanlar” illər sonra doğma yurduna qayıdan Azranın ailəsi və keçmişi ilə yenidən qurduğu münasibətlər fonunda müasir Türkiyəyə nəzər salır. Film sevginin, sosial təbəqələşmənin və cəmiyyətdə getdikcə dərinləşən ikiüzlülüyün insanlar üzərində buraxdığı izləri sadə, lakin təsirli şəkildə tamaşaçıya çatdırır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью