Serenayla Mert ayrılıb?

11.12.2024

Icma.az, Qafqazinfo saytına istinadən bildirir.

Türkiyəli məşhur aktrisa Serenay Sarıkayanın müğənni sevgilisi Mert Demirlə ayrılması barədə iddialar yayılıb.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, cütlük tərəfindən bununla bağlı nə təsdiq, nə təkzib açıqlaması verilib.

Həmçinin onların bir-birini instaqram hesablarında izləmədən çıxarmadıqları da məlum olub.

Qeyd edək ki, daha öncə də ikilinin ayrıldıqları ilə bağlı məlumat yayılmış, Serenay isə yalanlamışdı: “Bu cür iddialar eramızdan əvvəl qalmayıb?! Real həyatda belə şeylər varmı? İnsanların buna inanması mənə çox qəribə qəlir. Mən həyatı belə yaşamıram”.






Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью