Sərfəli investisiya: Avtomobilini satdığı qadınla evləndi

12.11.2026

Lent az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Avtomobilini satışa çıxaran şəxs maşını alan qadınla tanış olub və münasibətləri evliliklə nəticələnib.

Lent.az xəbər verir ki, Mersa Çağan adlı qadın iyul ayında baş tutan nikahdan sonra cütlüyün maraqlı tanışlıq hekayəsini sosial şəbəkədə paylaşıb.

O, avtomobilin alğı-satqısı zamanı çəkilən əl sıxma fotosunu “Necə başladı?”, toy fotosunu isə “Necə bitdi?” sözləri ilə təqdim edib.

Paylaşım sosial şəbəkə istifadəçilərinin marağına səbəb olub. İstifadəçilər bəyin həm avtomobilini geri qazandığını, həm də ailə qurduğunu bildirərək onu “ən sərfəli investisiya edən şəxs” adlandırıblar.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью