Icma.az bildirir, Mia.az portalına istinadən.
Trendyol Super Liqasının 31-ci həftəsində "Kasımpaşa"nı 1:0 hesabı ilə məğlub edən Kayserispor"un baş məşqçisi Sergej Jakirovic jurnalistlərə açıqlama verib.
Mia.az Türkiyə mətbuatına xəbər verir ki, o, açıqlamada deyib:
"Oyuna baxsanız, oyunda çətinlik çəkdiyimiz vaxtlar oldu. Çətin vaxt keçirdik. İstədiyimiz kimi oyuna tam uyğunlaşa bilmədik. Daha sonra komanda meydanda inanılmaz xarakter nümayiş etdirdi. Ona görə də onları təbrik etmək istərdim. Bu günü ən qısa zamanda unudub növbəti oyunumuza hazırlaşmaq niyyətindəyik.
Fərid ASLAN
MİA.AZ