Sərgən Yalçın “Beşiktaş”ın baş məşqçisi oldu

30.08.2025

Unikal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Türkiyənin "Beşiktaş" komandasının yeni baş məşqçisi bəlli olub.

"Unikal" xəbər verir ki, İstanbul klubu Sərgən Yalçınla anlaşıb. Onunla 2 illik müqavilə imzalanıb.

Təcrübəli mütəxəssis bu vəzifədə istefaya göndərilən Ule-Qunnar Sulşeri əvəzləyib.

Qeyd edək ki, Sərgən Yalçın daha əvvəl 2020-2021-ci illər mövsümündə "Beşiktaş"ın baş məşqçisi olub, komandaya Türkiyə çempionluğunu və ölkə kubokunu qazandırıb.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью