Sergen Yalçın təklifə yox dedi

05.01.2025

Icma.az bildirir, sport24.az saytına əsaslanaraq.

"Beşiktaş" rəhbərliyi baş məşqçi postuna axtarışları davam etdirir. Sport24.az xəbər verir ki, İstanbul təmsilçisini çalışdırmağa əsas namizəd Sergen Yalçın idi. Bu barədə yerli mətbuat məlumat yayıb.

"Qara qartallar"ın yeni prezidenti Serdal Adalı bu gün 52 yaşlı mütəxəssislə görüşüb. Sergen təklifi qəbul etməyib. O, qardaşının səhhətində ciddi problemlər olduğu üçün hazırda işləyə bilməyəcəyini klub prezidentinə bildirib.

Qeyd edək ki, "Beşiktaş"ı hazırda müvəqqəti olaraq Serdar Topraktepe çalışdırır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью