Sergen Yalçından Qalatasaray a XƏBƏRDARLIQ: Onu almayın, futbolçu karyerası bitib

13.03.2025

Lent az saytına istinadən Icma.az xəbər verir.

Sergen Yalçın Neymarın "Qalatasaray"la bağlı iddialarından danışıb. Yalçın braziliyalı ulduzun transfer ehtimalından açıq danışıb.

Lent.az-ın xəbərinə görə, İspaniya mətbuatı "Qalatasaray"ın Neymarla maraqlandığını iddia edib və sarı-qırmızılıların braziliyalı ulduza maddi cəhətdən cəlbedici müqavilə təklif etməyə hazır olduğu bildirilib.

Sergen Yalçın bu iddia ilə bağlı “Kafa Sports” YouTube kanalında danışıb.

Sergen Yalçının açıqlamaları belədir:

"Almayın. Düşünürəm ki, onun futbolçu karyerası bitib, pulu qazanıb. Mən "Qalatasaray"dan danışmıram, şəxsi fikrimi deyirəm, almayın.

Belə oyunçular almayın! Türkiyə futbolu üçün nə yazıq. Ən azı 20-25 milyon maaş verib 3-4 illik müqavilə bağlayacaqsınız.

“Sənə nə olacağını deyim, 6-cı ayda ağlamağa başlayacaqsan”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью