Icma.az, Yeniavaz saytına istinadən bildirir.
Ali Rada Sergey Koretskini Ukraynanın baş naziri təyin edib.
Yeniavaz.com xəbər verir ki, qərarı Ali Radanın 289 deputat dəstəkləyib.
Sergey Koretskinin namizədliyi Ali Radaya Prezident Volodimir Zelenski tərəfindən təqdim olunub.
Qeyd edək ki, buna qədər Koretski Ukraynanın “Naftoqaz” dövlət enerji şirkəti idarə heyətinin sədri olub. Zelenski onu qarşıdakı qış mövsümünə hazırlıq, enerji təhlükəsizliyi və iqtisadi idarəetmə sahəsində təcrübəsinə görə Baş nazir postuna ən uyğun namizəd kimi görüb.
Xatırladaq ki, Ali Rada iyulun 14-də Yuliya Sviridenkonu Baş nazir vəzifəsindən azad edib.