Sergey Lavrov: Avropa bizə hücum edərsə, bu, tamamilə fərqli müharibə olacaq

16.09.2026

Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Avropa ölkələrinin mümkün hərbi toqquşmalarla bağlı Moskvanın xəbərdarlıqlarını xatırladıqlarına inandığını deyib.

Oxu.Az "İnterfaks"a istinadən xəbər verir ki, nazir bunu Yekaterinburqda keçirilən Beynəlxalq Gənclər Festivalındakı çıxışı zamanı diqqətə çatdırıb.

"Avropaya hücum etmək fikrində olmadığımızı dəfələrlə dilə gətirmişik. Prezident də bu yaxınlarda həmin mövzuya ətraflı toxunaraq, belə bir niyyətimizin və marağımızın olmadığını vurğulayıb. Lakin hər gün Rusiya ilə müharibəyə hazırlaşdığını bildirən Avropa ölkəmizə hücum edərsə, bu, tamamilə fərqli və çox qısa bir müharibə olacaq", - deyə o qeyd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью