Sergey Lavrov gedir Onu kim əvəz edəcək? (ŞƏRH) | Icma.az
Qaynarinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Rusiyada Sergey Lavrovu təcrübəli, səriştəli diplomatlardan biri əvəzləyəcək".
Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Üzeyir Şəfiyev Rusiya XİN rəhbəri Sergey Lavrovun vəzifədən gedəcəyilə bağlı fikirlər fonunda onun yerinə kimlərin gətirilə biləcəyi barədə suala cavabında deyib.
Üzeyir Şəfiyev bildirib ki, Sergey Lavrov uzun müddətdir Rusiyada xarici siyasət idarəsinə rəhbərlik edir: "O, 20 ildən çoxdur ki, bu postda çalışır.
Bu mənada o, rəhbərlik etdiyi sahədə böyük təcrübəyə malikdir.
Buna baxmayaraq, Lavrov etdiyi çıxışlarına görə, bəlkə də Rusiya tarixində ölkəsinin beynəlxalq arenada nüfuzdan düşdüyü müddətdə ən çox boykot olunan nazir olub.
Dəfələrlə onun beynəlxalq tribuna və kürsülərdə çıxışları boykot olunub.
Hətta ən ali beynəlxalq tədbirlərdə Lavrovun çıxışı zamanı əksər iştirakçılar zalı tərk ediblər.
Tam oxu
Xəbəri oxu