Sergey Lavrov: Moskva Rusiya və ABŞın əməkdaşlıq edə bilməməsi üçün heç bir səbəb görmür |…
Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ukraynadakı münaqişənin sülh yolu ilə həlli yalnız Kiyevin NATO-ya üzv olmaqdan imtina etməsi və ölkədəki Qərb hərbi bazalarının bağlanması ilə mümkündür.
AZƏRTAC xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov amerikalı jurnalist Taker Karlsona müsahibəsində bildirib.
O, ABŞ-ın yeni administrasiyası ilə bağlı sualı cavablandırarkən qeyd edib ki, Moskva Donald Trampla bağlı mühakimə yürüdərək konkret addımlara əsaslanacaq.
“Düşünürəm ki, o, nəticə əldə etmək istəyən, işləri təxirə salmağı xoşlamayan güclü bir insandır. Bu mənim fikrimdir.
Söhbətdə olduqca mehribandır. Lakin bu, Donald Trampın rusiyapərəst olması demək deyil. Bəziləri onu belə göstərməyə çalışır.
Tramp administrasiyası dövründə tətbiq edilən anti-Rusiya sanksiyalarının sayı çox böyük idi”, - deyə Rusiya XİN rəhbəri xatırladıb.
Nazir, həmçinin vurğulayıb ki, Moskva ABŞ-la müharibə barədə düşünmür, çünki bu, nüvə müharibəsi ola bilər.
Tam oxu
Xəbəri oxu