Sergey Lavrov Suriyadakı vəziyyətə münasibət bildirib

06.12.2024

Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qətərin paytaxtı Dohada Türkiyənin xarici işlər naziri Hakan Fidan və iranlı həmkarı Abbas Əraqçi ilə görüşün Suriyada vəziyyətin sabitləşməsinə kömək edəcəyini bildirib.

SİA-nın məlumatına görə, Moskvada amerikalı jurnalist Taker Karlsona müsahibə verən Sergey Lavrov Suriyadakı son hadisələri yaxından izlədiklərini, türk və iranlı həmkarları ilə mövcud vəziyyəti Astana prosesi əsasları çərçivəsində yenidən necə nəzərdən keçirə biləcəklərini müzakirə edəcəklərini bildirib.

Suriyadakı vəziyyətin kifayət qədər mürəkkəb olduğunu vurğulayan rusiyalı nazir "Bu, mürəkkəb bir oyundur. Bir çox aktyor iştirak edir. Ümid edirəm ki, bu həftə planlaşdırdığımız görüş (Qətərdə) Suriyadakı vəziyyətin sabitləşməsinə kömək edəcək" deyib.

Rusiya, Türkiyə və İranın Astana Prosesi çərçivəsində müntəzəm görüşlər keçirdiklərini xatırladan Lavrov bu ilin axırı və ya 2025-ci ilin əvvəlində görüş planlaşdırdıqlarını açıqlayıb.

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Ukrayna müharibəsini sona çatdıracağına söz verdiyini xatırladan və bunun hansı şərtlər altında mümkün olacağı sualına isə Lavrov belə cavab verib:

"İyunun 14-də prezident Putin çıxışında buna toxundu. O, İstanbulda (2022-ci ildə) qəbul edilmiş prinsiplər əsasında danışıqlara hazır olduğumuzu bir daha bəyan etdi".

WhatsApp-da Səs Media Qrupu kanalını izləyin

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər xəbərlər

Dünya

Türkiyənin keçmiş xarici işlər naziri ATƏT-in baş katibi oldu

Dünya

“Bu, rusların əsl "Axilles" dabanıdır...”

Dünya

İsrail Colan təpələrindəki hərbi bölmələrini gücləndirir

Dünya

Lukaşenko Oreşnikin Belarusda yerləşdirilməsini xahiş etdi

Dünya

Çin ABŞ-ın şirkət və idarə heyətlərinə sanksiya tətbiq edir..?

Dünya

"Suriyada müxalifətin hədəfi paytaxt Dəməşqdir"

Dünya

Taliban əfqan qadınlarına həkim və ya tibb bacısı olmağı qadağan edir

Dünya

İtaliyanın müdafiə naziri Livanda səfərdədir

Dünya

Beyinə verilən elektrik insanları ayağa qaldıracaq

Dünya

ABŞ-ın Qazaxıstandakı səfiri istefa verəcəyini açıqlayıb

Dünya

Tbilisidə etiraz aksiyası toqquşmasız başa çatdı

Dünya

"Bitcoin"in qiyməti bir yerdə dayanmır

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью