Sergey Lavrov: Vaşinqtonla əlaqələr məsələsində top ABŞ tərəfdədir

14.11.2024

Oxu.az saytına istinadən Icma.az xəbər verir.

"Moskva Donald Trampın administrasiyasında Vaşinqtonla əlaqələrə açıqdır, "top" ABŞ tərəfdədir".

Oxu.Az-ın TASS-a istinadla verdiyi məlumata görə, bu barədə Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov bildirib.

"Prezident Vladimir Putin "Valday" beynəlxalq müzakirə klubunun iclasında dedi ki, həmişə ünsiyyətə hazırdır və onu biz dayandırmamışıq - "top" qarşı tərəfdədir", - deyə Lavrov bəyan edib.

Bununla yanaşı, o vurğulayıb ki, Rusiyanın ABŞ-nin yeni administrasiyasından hər hansı gözləntiləri yoxdur.

"Gözləntilər və fərziyyələr olmayacaq. Konkret işlərə görə mühakimə edəcəyik", - deyə nazir qeyd edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью