Olay.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Rusiyalı müğənni Sergey Lazarevin qızı Annanın 8 yaşı tamam olub.
OLAY yazır ki, müğənni bu münasibətlə İnstaqramda qızının necə böyüdüyünü göstərən fotolarını, eləcə də arxivdən birgə çəkilmiş şəkillərini paylaşıb.
43 yaşlı Lazarev paylaşımında qızına bu sözləri ünvanlayıb:
“Mənim sevimli qızım, ad günün mübarək! Səni Aya qədər və geriyə sevirəm! Mənim inanılmaz, kosmik, istedadlı, kövrək və gözəl Anyutam! Həyatımda olduğun üçün təşəkkür edirəm. Sənin atan olmaqla fəxr edirəm! Həmişə yanında olacağam! Xoşbəxt ol və hər zaman özün ol!”