Sergey Rebrov Ukrayna millisindən göndərilir? Şevçenko açıqladı

10.02.2026

Icma.az xəbər verir, Fanat saytına əsaslanaraq.

Ukrayna Futbol Assosiasiyasının prezidenti Andrey Şevçenko milli komandanın baş məşqçisi Sergey Rebrovun postunda qalıb-qalmayacağı ilə bağlı sualı cavablandırıb.

Fanat.Az xəbər verir ki, Şevanın sözlərini rəhbəri olduğu qurumun rəsmi saytı belə çatdırıb: 

"Biz hazırda Sergey Stanislavoviçi başqası ilə əvəzləmək məsələsini müzakirə etmirik. Buna görə də o, öz işini görməyə rahatlıqla davam edə bilər".

51 yaşlı Rebrov 2023-cü ildən Ukrayna yığmasının "sükanı arxası"ndadır. DÇ-2026-nın seçmə mərhələsində Azərbaycanla eyni qrupda mübarizə aparan Ukrayna (1:1, 1:2) yekunda 2-ci yeri tutaraq pley-offda iştirak hüququ qazanıb. Sözügedən kollektiv mart ayında İsveçlə pley-offun yarımfinal oyununa çıxacaq. Rebrovun komandası qələbə qazanacağı təqdirdə, Polşa - Albaniya cütünün qalibi ilə qarşılaşacaq.

Nihat 

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью