Sergey Şoyqu Cənubi Qafqazda vəziyyətin yaxşılaşdığını qeyd edib

05.11.2025

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Moskva, 5 noyabr, AZƏRTAC

Moskvada keçirilən MDB ölkələri Təhlükəsizlik şuraları katiblərinin XIII görüşündə çıxış edən Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu bildirib ki, Cənubi Qafqaz regionunda vəziyyət yaxşılaşma tendensiyasına malikdir.

AZƏRTAC xəbər verir ki, onun sözlərinə görə, sülh prosesinin daha da irəliləməsi üçün “3+3” regional məşvərət qrupu platformasının işini bərpa etmək vacibdir.

Sergey Şoyqu vurğulayıb: “Bütövlükdə, Cənubi Qafqazda vəziyyət yaxşılaşma tendensiyasına malikdir. Bununla bağlı mövqeyimiz ondan ibarətdir ki, ilk növbədə, sülh prosesi regional meyarlara əsaslanmalıdır. Bu kontekstdə “3+3” regional məşvərət qrupu platformasının işini bərpa etmək vacibdir”.

O qeyd edib ki, regionda nəqliyyat kommunikasiyalarının açılması böyük əhəmiyyətə malikdir. Üçtərəfli işçi qrupu çərçivəsində bu barədə razılıq əldə olunub.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью