Sergey Şoyqu Kim Çen Inla görüşüb

21.03.2025

Icma.az, Apa.az saytına istinadən bildirir.

Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Şimali Koreya lideri Kim Çen Inla görüşüb.

APA-nın Moskva bürosu xəbər verir ki, Şoyqu Rusiya prezidenti Vladimir Putinin mesajını Kim Çen Ina çatdırıb.

Rusiya Təhlükəsizlik Şurasının katibi bildirib ki, Putin KXDR lideri ilə əldə olunan razılaşmaların həyata keçirilməsinə böyük diqqət yetirir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью