Sergey Şoyqu Şimali Koreyaya səfər edib

04.06.2025

Icma.az bildirir, Missiya.az portalına istinadən.

Rusiya Təhlükəsizlik Şurasınım katibi Sergey Şoyqu Şimali Koreyaya səfər edib.


Missiya.Az “TASS”a xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Şoyqu Rusiya Prezidenti Vladimir Putinin tapşırığı ilə Pxenyana yollanıb. 

Məlumata görə, Şoyqunun burada Şimali Koreya lideri Kim Çen Inla görüşü planlaşdırılır.

Qeyd olunub ki, Şoyqu və Kim Çen In arasında baş tutacaq görüşün əsas mövzusu Ukraynadakı vəziyyət olacaq.

Xatırladaq, Rusiya Təhlükəsizlik Şurasının katibi sonuncu dəfə mart ayında Pxenyana səfər edib.


Daşqın Həsənov
Missiya.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью