Sərgilənən oyuna əsasən məğlubiyyət bizi məyus etdi Siyasət Əsgərov | Icma.az
Qol.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Qadınlardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Siyasət Əsgərov Soçi şəhərində Rusiya yığması ilə keçirilən yoldaşlıq oyunundan (0:1) sonra AFFA-nın mətbuat xidmətinə fikirlərini bildirib.
QOL.az xəbər verir ki, o, məğlubiyyətə layiq oyun nümayiş etdirmədiklərini deyib: “Çox yaxşı oyun alındı.
Rusiya yığması həm fərdi, həm də komanda keyfiyyətinə görə güclüdür. Rəqibi təhlil edib, matça ciddi hazırlaşmışdıq.
Düzdür, bir neçə zədəli futbolçumuz var. Sərgilənən oyuna əsasən məğlubiyyət bizi məyus etdi.
Rusiya yığması hansısa düşünülmüş hücumla yox, bizim səhvimizdən qol vurdu. Komandamıza təşəkkür düşür.
Uduzsaq da, qızlar çox yaxşı çıxış etdilər. Bəzi anlarda üstünlük bizim tərəfimizdə olurdu.
Yaxşı mübarizə apardıq, aqressivlik var idi, meydanın hər qarışı uğrunda mübarizə gedirdi. Təəssüf ki, hücumda çoxala bilmirdik.
Tam oxu
Xəbəri oxu