Serhat Kılıçın son mənzili... Foto

09.09.2026

Icma.az, Axsham.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Mərhum aktyor Serhat Mustafa Kılıç ötən gün dəfn olunub.

Axşam.az xəbər verir ki, aktyorun həmkarı Eren Vurdem onun məzarı başından paylaşım edərək yazıb:

"Sözlə ifadə etmək çox çətindir, amma bilməyənlər üçün bir az izah edim: 51 yaşında idi, amma qəlbi bir uşaq ürəyi kimi idi. 10 ildən artıq davam edən qardaşlıq münasibətimiz boyunca bir dəfə də olsun kiminsə arxasınca pis düşündüyünü, kimsə haqqında pis söz dediyini eşitmədim. Ağlının fitnə-fəsada çalışdığını bir an belə görmədim. İçində yalnız mərhəmət var idi.

Ssenarimi yazıb filmimi çəkməyə çalışarkən həmişə mənə dayaq olurdu. “Filmində bir qəpik belə almadan oynayaram” deməklə kifayətlənməyib, hətta öz cibindəki pulu mənə təklif edəcək qədər böyük, nəcib qəlbli insan idi. Ölüm haqdır və dünyasını dəyişənin ardından ediləcək ən gözəl, ən doğru şey üsyan etmək və ya nümayiş göstərmək deyil, uca Allahdan rəhmət diləməkdir.

Morqa mərhum qardaşımın atası Mehmet Ali əmi ilə birlikdə çiyin-çiyinə verib cənazəni təhvil almağa getdiyimiz zaman rəsmi prosedurlar üçün bizdən onunnəşini son dəfə tanıyıb təsdiqləməyimizi istədilər. Yanına girdiyimizdə həmin an çox aydın bir həqiqətlə üzləşdim. Gördüyüm yalnız bir bədən idi, içindəki o gözəl işıq çoxdan getmişdi. Bədən sadəcə bir qəfəs idi, qəfəsin qapısı açılmış, ruh isə bir quş kimi uçub getmişdi. Geridə yalnız boş bir qəfəs qalmışdı.

Rəbbim məkanını cənnət etsin. Allah bütün günahlarını, qüsurlarını bağışlasın. Səni çox sevirəm. Axirətdə görüşmək üzrə, qardaşım...".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью