Şərhçi Çimenin daha bir səhvi üzə çıxdı VİDEO

16.06.2026

Yenisabah saytına istinadən Icma.az xəbər verir.

İran-Yeni Zelandiya matçında kobud səhvlərə yol verən TRT1 şərhçisinin daha bir "günah"ı üzə çıxıb.

"Yeni Sabah" xəbər verir ki, onun Superliqa matçında qolun təkrarını yeni qol kimi şərh etməsinə dair video yayımlanıb.

Xatırlatma: TRT1 şərhçisi Murat Ekrem Çimen İran-Yeni Zelandiya oyununun ilk 4 dəqiqəsi ərzində hər iki ölkənin futbolçularını və komandalarını bir-biri ilə qarışdırıb. pizza sifarişi

Şərhçinin bu inanılmaz səhvi qısa müddətdə sosial şəbəkələrdə kəskin etirazlara və lağ hədəfinə çevrilərək gündəmi zəbt edib. 

Məsələyə becid reaksiya verən TRT rəhbərliyi rəsmi bəyanat yayaraq ictimaiyyətdən üzr istəyib.

Qurumdan bildirilib ki, kobud səhvə yol verən şərhçi Murat Ekrem Çimen dərhal dünya çempionatının yayım komandasından kənarlaşdırılıb.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью