Sərhəd yolunda ağır qəza oldu

04.12.2024

Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.

Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunda qəza baş verib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə magistralın Zaqatala rayonunun Yuxarı Tala kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, rayon sakinləri olan 2000-ci il təvəllüdlü Emil Qurbanovun və 1995-ci il təvəllüdlü Elvin Məmmədovun idarə etdiyi minik avtomobilləri toqquşub.

Qəzada müxtəlif dərəcəli xəsarətlər alan E. Məmmədov Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır./"Qafqazinfo"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью