Sərhəd yolunda qəza Fotolar

04.12.2024

Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunda qəza baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə magistralın Zaqatala rayonunun Yuxarı Tala kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, rayon sakinləri olan 2000-ci il təvəllüdlü Emil Qurbanovun və 1995-ci il təvəllüdlü Elvin Məmmədovun idarə etdiyi minik avtomobilləri toqquşub.

Qəzada müxtəlif dərəcəli xəsarətlər alan E. Məmmədov Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Surxay Şahbazov





Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью