Sərhədçi heyətini gücləndirdi

05.02.2025

Fanat saytına istinadən Icma.az xəbər verir.

"Sərhədçi" heyətinə yeni basketbolçu qatıb.

Fanat.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidmətindən məlumat yayıb.

Paytaxt klubu ABŞ-dən olan Cimmi Nikolsla anlaşıb. Oyunçu artıq komandanın məşqlərinə də qoşulub.

O, sabah "Neftçi"yə qarşı keçirəcəkləri Azərbaycan Basketbol Liqasının XIV turunun matçında meydana çıxa biləcək.

Qeyd edək ki, "Neftçi" - "Sərhədçi" qarşılaşması fevralın 6-da, saat 19:00-da start götürəcək.
 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью