Sərhədçi Quba ilə üz üzə

07.11.2025

Icma.az xəbər verir, Apasport saytına əsaslanaraq.

Azərbaycan Basketbol Liqasının VI turunda bu gün daha iki oyun baş tutacaq.

Apasport.az xəbər verir ki, əvvəlcə "Quba" "Sərhədçi" ilə üz-üzə gələcək.

B qrupunun qarşılaşması Quba Olimpiya İdman Kompleksində, saat 15:00-da start götürəcək. "Quba" 7 xalla 4-cü pillədə qərarlaşıb. 6 xala malik "Sərhədçi" isə beşinci yerdədir.

B qrupunun digər görüşü "Naxçıvan" və "Ordu" arasında keçiriləcək. Bu matç Bakı İdman Sarayında, saat 19:00-da start götürəcək. "Ordu" 10 xalla qrup lideridir. 9 xala malik "Naxçıvan" isə ikincidir.

Qeyd edək ki, turun ötən gün baş tutan matçında "Sumqayıt" "Lənkəran"ı 98:94 hesabı ilə məğlub edib.

Avropa Kuboku: “Neftçi”nin oyunçusu oktyabr ayının ən yaxşısı seçilib "Neftçi" Polşa klubuna qarşı NTD ABŞ-li oyunçu ilə yollarını ayırıb Millimiz Türkiyə klubu ilə üz-üzə gələcək ABL: V tura yekun vurulub
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью