“Sərhədçi” və “Ordu” revanş arzusunda

21.04.2025

Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.

Kişilər arasında Azərbaycan Basketbol Liqasında pley-off mərhələsi davam edir.

İdman.biz xəbər verir ki, bu gün ikinci oyunlar çərçivəsində matçlar keçiriləcək.

“Sərhədçi” İdman Mərkəzində eyniadlı komanda “Sabah”ı qəbul edəcək. Meydan sahibləri ilk oyundakı məğlubiyyətin revanşını almağa çalışacaq.

“Ordu” və “Neftçi” Bakı İdman Sarayında üz-üzə gələcək. “Hərbçilər” seriyada hesabı bərabərləşdirmək üçün qalib gəlməlidir.

Qeyd edək ki, ilk oyunlara sabah yekun vurulacaq.

Azərbaycan Basketbol Liqası
Pley-off mərhələsi, 2-ci oyunlar
21 aprel

19:00. “Sərhədçi” – “Sabah”
Sərhədçi İdman Mərkəzi
Seriyada hesab – 0:1

19:00. “Ordu” – “Neftçi”
Bakı İdman Sarayı
Seriyada hesab – 0:1

İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью