Sərhədçilərlə cüyür balası... Bu dəfə Qubadlıda+Video

09.06.2026

Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçuları Qubadlı rayonu ərazisində, Bartaz yolunda hərəkətdə olarkən yol kənarında köməksiz vəziyyətdə qalan cüyür balası aşkarlayıblar.

“Qafqazinfo” xəbər verir ki, yeriməkdə çətinlik çəkən və zəifləyən heyvanı dərhal nəzarətə götürən sərhədçilər ona xüsusi qayğı göstəriblər.

Qeyd edək ki, ötən ay da DSX-nin hərbi qulluqçuları Zəngilan rayonunun dağlıq ərazisində köməksiz vəziyyətdə cüyür balası aşkar edib ona zəruri yardımlar göstəriblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью