Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.
“Sərhədçi” komandası növbəti oyunlarda daha yaxşı çıxış etməyə çalışacaq”.
İdman.Biz xəbər verir ki, bunu komandanın baş məşqçisi Anar Sarıyev Azərbaycan Basketbol Liqasının III turunda “Ordu”ya 73:85 hesablı məğlubiyyəti şərh edərkən deyib.
Mütəxəssis bu görüşdə səhvlərə yol verdiklərini vurğulayıb:
“Yaxşı mübarizə apardıq. Amma bu, qələbə üçün yetərli olmadı. Səhvlərimiz yenə də çox idi. Növbəti oyunlarda səhvləri azaltmalıyıq. Bir-birimizə daha çox inanmalıyıq. Mən bu komandaya inanıram. Sadəcə bizə bir az vaxt lazımdır. Növbəti oyunlarda daha yaxşı çıxış etməyə çalışacağıq”.