Sərhəddə 4 Əfqanıstan vətəndaşı tutuldu

06.05.2025

Yenisabah saytından alınan məlumata görə, Icma.az bildirir.

Dövlət sərhədində 4 nəfər sərhəd pozucusu saxlanılıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.

“Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində saxlanılanlar 1996-cı il təvəllüdlü Safi Hedayatullah Eynətullah və 2004-cü il təvəllüdlü Mirzay Mohsin Səfiulla, 1999-cu il təvəllüdlü Əfqan Mohammadəmin Mominxan və 2005-ci il təvəllüdlü Əhmədi Əhməd Abdullahdır.

Onların Azərbaycan ərazisindən tranzit keçməklə qanunsuz yolla Avropa ölkələrinə miqrasiya etmək niyyətində olduqları müəyyən edilib.

Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью