Sərhəddə əsgərimizə atəş açan 3 erməni həbs edildi

05.06.2025

Icma.az, Tribuna portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ötən gün Azərbaycan-Ermənistan sərhəddinin Gorus istiqamətində erməni polisi əməliyyat keçirib.

Tribunainfo.az Aravot.am saytına istinadən xəbər verir ki, əməliyyat zamanı 3 erməni mülki şəxs həbs olunub.

Belə ki, hər üç erməni Azərbaycanla sərhəddə yaxınlaşaraq, Ordumuzun mövqeləri ilə üz-üzə dayanaraq, əsgərlərimizə silah tuşlayıblar. Onlardan biri hətta hərbçilərimizə atəş də açıb. Lakin həmin şəxs iddia edib ki, istifadə etdiyi silah pnevmatik tapança olub. O daha sonra iddia edib ki, pnevmatik silahla uzaq məsafədən hədəfi vurmaq mümkün deyil.

Ermənistan polisi isə hər üç şəxsi saxladığını, onlar barəsində cinayət işi qaldırdığını bildirib.

Fərda Uğur

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью