GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Düşünmürəm ki, indi sərhəddə hər hansı gərginlik olsun. Sərhəd çox sakitdir”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın müdafiə naziri Suren Papikyan Milli Məclisdə jurnalistin “Yeni il yaxınlaşır, adətən bu vaxt sərhəddə nəzarət gücləndirilir, bununla bağlı nə edilir?” sualına cavab verərkən deyib.
O eyhamla bildirib ki, sərhəddə Azərbaycan tərəfindən hər hansı təhlükə yoxdur, lakin hava şəraiti ilə bağlı narahatlıqlar var:
“Yeni ilə hazırlaşırıq. Bayram günlərində xidmət daha çox ayıq-sayıqlıq tələb edir. Amma hava şəraiti — külək, çovğun — bu gün Silahlı Qüvvələr üçün əsas narahatlıqdır. İrəvanda və ona bitişik vilayətlərdə qar yoxdur, amma yüksək dağlıq ərazilərə qar yağır”.
Safura Bənnayeva
Globalinfo.az