Cebheinfo saytına istinadən Icma.az xəbər verir.
Suriyanın Rakka vilayətinə bağlı Tel-Abyad rayonunda hərbi nəzarət-buraxılış məntəqəsinə silahlı hücum nəticəsində bir əsgər ölüb.
"Cebheinfo.az"-ın Suriya dövlət televiziyası "Əl-İhbariyyə"-yə istinadən məlumatına görə, şəxsiyyəti hələlik müəyyən edilməyən şəxslər Tel-Abyad rayonundakı hərbi posta hücum ediblər.
Deyrizor vilayətinin şərqindəki Əl-Basira bölgəsində nəzarət-buraxılış məntəqəsinə atəş açıldıqdan sonra ərazidə axtarış-təhqiqat işləri aparılır.
Xatırladaq ki, fevralın 21-də Suriyada, Rakkanın şimalındakı Əl-Vasitə kəndində naməlum şəxslər tərəfindən törədilən hücumda biri hərbçi olmaqla, 2 nəfər həlak olmuşdu.
Həmin hücuma görə məsuliyyəti Suriya qüvvələrinə qarşı hücum çağırışları edən İŞİD terror təşkilatı üzərinə götürmüşdü.
Nigar Hacılı
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin