Sərhəddə ticarət böhranı

20.02.2026

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

Suriya hökuməti Türkiyədə Hataydakı Zeytun budağı (Zeytindalı) Gömrük-keçid məntəqəsinin qarşısındakı Hammam ilə Şanlıurfadakı Ceylanpınar Gömrük-keçid məntəqəsinin qarşısında yerləşən Rəs əl-Ayn məntəqələrinin maliyyə səbəbləri ilə fevral ayının sonuna qədər bağlanmasına qərar verib. 

Bu qərarın bölgə ticarətinə zərər vuracağını və mövcud Cilvəgözü Gömrük-keçid məntəqəsinin yetərsiz olduğunu bildirən Reyhanlı Ticarət və Sənaye Palatasının sədri Necmettin Zaroğlu keçid məntəqələrinin yenidən açılmasını tələb edib. 

"Cebheinfo.az" xəbər verir ki, Dəməşq səfirliyi tərəfindən Ticarət Nazirliyinə göndərilən yazıda Hatayda yerləşən Zeytun budağı məntəqəsinin qarşısındakı Hammam və Şanlıurfadakı Ceylanpınar məntəqəsinin qarşısındakı Rəs əl-Ayn məntəqələrinin əsasən maliyyə səbəbləri, istismar xərcləri və alternativ qapıların yaxınlığı səbəbindən fevralın sonu etibarilə bağlanacağı bildirilib. Necmettin Zaroğlu qərarın Suriya tərəfindən birtərəfli qaydada qəbul edildiyini bildirib: 

“Zeytun budağı Gömrük-keçid məntəqəsinin bağlanması bölgə iqtisadiyyatının və ticarətinin axsaması deməkdir. Ticarət və Sənaye palataları olaraq, xarici ticarət firmalarımızın logistika sahəsində çətinlik yaşamamaları üçün bu qərara yenidən baxılmasını istəyirik. Əks halda, Cilvəgözü Gömrük-keçid məntəqəsindəki sıxlıq səbəbindən ticarət ciddi zərər görəcək. 

Cilvəgözü hazırda belə yetərsiz qalır, rentgen aparatları, inzibati binalar və anbarlar müasirləşdirilməlidir. Hökumətimiz Suriya hökuməti və müvafiq qurumlarla danışıqlar apararaq qərarın dəyişdirilməsinə nail olmalıdır". 

Nigar Hacılı 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью