Sərhəddənkənar uçuş edən Rusiya təyyarəsində yanacaq sızması baş verib

10.02.2025

Icma.az, Baku.ws portalına istinadən məlumatı açıqlayır.

Rusiyanın "Azimut" aviaşirkətinə məxsus Soçidən Antalyaya uçan sərnişin təyyarəsində yanacaq sızması qeydə alınıb.

BAKU.WS xəbər verir ki, Telegram-dakı "Aviaincident" kanalının məlumatına görə, hadisə 9 fevral bazar günü baş verib.

Uçuşa az qalmış ekipaj təyyarənin sağ mühərrikindən yanacaq sızmasını aşkar edib və bu barədə məlumat verib. Nəticədə təyyarə uçuş zolağından dayanacağa çəkilib.

Bundan əvvəl "Ural Hava Yolları" şirkətinə məxsus Airbus A320 təyyarəsində GPS sistemi sıradan çıxmışdı. Hadisə 5 fevralda, Moskva–İrkutsk reysi zamanı baş vermişdi. Enişə az qalmış ekipaj GPS siqnalının kəsildiyini bildirmişdi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью