GlobalInfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ermənistan Azərbaycanla sərhəddə yerləşən Kirants kəndində təlim keçirəcək.
Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin Xilasetmə Xidməti məlumat yayıb.
“Mayın 12-də saat 10:00-dan 15:00-dək Tavuş rayonunun İcevan icmasının Kirants qəsəbəsində “Hava həyəcanı” siqnalı zamanı əhalinin xəbərdar edilməsi, sığınacaq və evakuasiya işlərinin təşkili” mövzusunda təlim keçiriləcək”, – məlumatda bildirilib.
Bildirilib ki, həyəcan siqnalı saat 12:00-da veriləcək.
Əliyar Xəlil
Globalinfo.az