Sərhədin delimitasiyası davam edir: Erməni nazir söz verdi

21.10.2026

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

“Siz deyirsiniz ki, bizdə dövlət sərhədinin delimitasiyası prosesi olmamalıdır. Kim deyir ki, buna ehtiyac yoxdur?” 

“Cebheinfo.az” xəbər verir ki, bunu Ermənistanın xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan oktyabrın 21-də Ermənistan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Trampın Beynəlxalq Sülh və Rifah Yolu (TRIPP) layihəsi çərçivəsində Strateji Əməkdaşlıq haqqında Çərçivə Sazişinin ratifikasiya layihəsinin müzakirəsi zamanı parlament üzvlərinin suallarını cavablandırarkən bildirib.

"Bu iş gedir və siz bunu tezliklə görəcəksiniz", - deyə xarici işlər naziri əlavə edib.

O, həmçinin qeyd edib ki, Azərbaycanın "Qərbi Azərbaycan" haqqında ritorikası Ermənistanın ərazi bütövlüyü ilə uyğun gəlmir.

Xəzər
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью