Sərhədlər bağlanandan sonra Azərbaycandan köçənlərin sayı kəskin artıb Ölkələrin siyahısı

28.04.2025

Yeniavaz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.


Quru sərhədlər bağlandıqdan sonra Azərbaycandan xaricə köçənlərin sayı kəskin şəkildə artıb.
Yeniavaz.com
xəbər verir ki, ölkədə quru sərhədlərin bağlandığı 2020-ci ildə daimi yaşamaq üçün Azərbaycanı tərk edənlərin sayı 568 nəfər olub.
Qeyd edək ki, növbəti – 2021-ci ildə onların sayı 570 nəfər, 2022-ci ildə 1 069 nəfər, 2023-cü ildə isə 2 dəfədən çox artaraq 2 483 nəfərə çatıb. Bu göstərici 2009-cu ildən sonra qeydə alınan ən yüksək immiqrasiya olub.
Məlumat üçün bildirək ki, 2023-cü ildə Azərbaycanı daimi olaraq tərk edənlər əsasən Rusiyaya (720 nəfər), Türkiyəyə (483 nəfər), ABŞ-yə (145 nəfər), Almaniyaya (97 nəfər), Gürcüstana (81 nəfər), Qazaxıstana (73 nəfər), Özbəkistana (62 nəfər), Böyük Britaniyaya (48 nəfər) və Türkmənistana (42 nəfər) üz tutublar.
2020 və 2023-cü illərdə Azərbaycanı daimi olaraq tərk edənlərin sayı qeyd olunan ölkələr üzrə belə olub:

Elnur Əli
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью