Sərhədlərin açılması üçün bütün ssenarilərə hazırıq Akopyan

09.06.2025

Icma.az, Axar.az saytına istinadən bildirir.

Ermənistan Dövlət Gəlirlər Komitəsi (DGK) Türkiyə və Azərbaycanla sərhədlərin açılması halında bütün ssenarilərə hazırdır.

Axar.az xəbər verir ki, bunu Ermənistanın DGK sədri Eduard Akopyan parlamentdə jurnalistlərə bildirib.

"Bizim vəzifəmiz istənilən ssenaridə gömrük nəzarətini təşkil etməkdir. Əgər biz blokadanın aradan qaldırılması və sərhədlərin açılmasından danışırıqsa, sadəcə buna hazır olmaq lazımdır. Biz hazırıq, çünki məsələn, müvafiq avadanlıq və mexanizmlərlə təchiz edilmiş "Marqara" məntəqəmiz var ki, bu da istənilən ssenariyə uyğunlaşmağa və gömrük nəzarətini həyata keçirməyə imkan verir", - o qeyd edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью