Sərhədlərin delimitasiyası prosesi dalana dirənməyib Paşinyanın müavini | Icma.az
Azpost saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiyası prosesi dalana dirənməyib. Bunu Ermənistanın Baş nazirinin müavini Mqer Qriqoryan deyib.
“Tərəflər növbəti görüşə hazırlaşsa da, onun dəqiq tarixi və formatı barədə razılaşma hələ ki yoxdur”, – Nikol Paşinyanın müavini bildirib.
O, həmçinin delimitasiyanın sərhədin hansı istiqamətində davam edəcəyini açıqlamayıb.
M.Qriqoryanın sözlərinə görə, tərəflər növbəti görüşdə nəqliyyat kommunikasiyalarının açılması məsələsini də nəzərdən keçirəcək.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu